Rusiyanın məşhur aparıcısı Andrey Malaxov öz televiziya şirkətini qurub.
Anews.az xəbər verir ki, bu barədə onun redaktoru olduğu "StarHit” jurnalı məlumat yayıb.
"Hit TV” adlanan teleşirkət yeni televiziya layihələrini ərsəyə gətirəcək.
Şirkətin nizamnamə kapitalında A.Malaxovun payı 50%, media meneceri və prodüser Aleksandr Mitroşenkovun payı 50% təşkil edir. Malaxov şirkətin baş prodüseri, 2007-ci ildən Rus Televiziya Akademiyasının üzvü Aleksandr Novikov isə baş direktoru kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, bundan əvvəl Malaxovun "Rusiya 1” kanalında aparıcı olacağı bildirilirdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !