Malayziya iyulun 2-də BMT-nin Təhlükəsizlik Şurasına bildirib ki, ötən il Ukraynanın şərqində vurulmuş sərnişin təyyarəsinə görə məsuliyyət daşıyanların BMT tribunalına verilməsinə çalışacaq. Bu təklifi beş ölkə irəli sürüb. Həmin ölkələr Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin rusiyapərəst separatçıların tutduğu ərazidə vurulmasını araşdırır. Həmin təyyarədə 298 sərnişin həlak olmuşdu.
Malayziyanın BMT-dəki səfiri Ramlan bin Ibrahim deyib ki, tribunal təklifinin layihəsi gələn həftə təhlükəsizlik şurasının 15 üzvünə təqdim olunacaq. Bu ay səsvermə keçirilməsi mümkündür.
Bəzi diplomatlar deyiblər ki, Rusiya bu təklifi bitkin saymır və şura hazırda gedən təhqiqatın nəticəsini gözləməlidir. Digərlərinin fikrincə, Rusiya ideyaya rəsmən etiraz etməyib və bunu nəzərdən keçirməyə meyllidir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !