Holnadiyalı müstəntiqlər belə nəticəyə gəlib ki, Ukraynanın şərqində Malayziya təyyarəsi yer-hava tipli "Buk” raketi ilə vurulub.
Ötən il iyulun 17-də Ukraynaın şərqində MH17 təyyarəsinin vurulması nəticəsində 298 adam ölüb.
Təyyarə Hollandiyanın paytaxtı Amsterdamdan Kuala-Lumpra uçurmuş.
Komissiyanın rəhbəri və Hollandiya Təhlükəsizlik Heyətinin sədri Tjibbe Joustra mətbuat konfransında bildirib ki, raket kabinanın sol tərəfindən dəyib.
O həmçinin bildirib ki, komissiya mandatına uyğun olaraq kimin müqəssir olmasını yox, qəzanın səbəblərini açıqlayıb. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !