Malayziya təyyarəsinin rusların vurduğu təsdiqlənir - VİDEO

23:30 | 25.07.2014
Malayziya təyyarəsinin rusların vurduğu təsdiqlənir - VİDEO

Malayziya təyyarəsinin rusların vurduğu təsdiqlənir - VİDEO

Layner məhz separatçıların atdığı raket tərəfindən vurulubUkraynada terrorçuların danışığının ələ keçmiş audioyazısı yayılıb.ANS PRESS-in məlumatına görə, yazı çox böyük ehtimalla, Malayziya Hava Yollarına məxsus “Boeing-777” sərnişin təyyarəsinin vurulmasına 2 dəqiqə qalmış yazılıb.Bu haqda informasiyanı Ukrayna Təhlükəsizlik Xidməti yayıb.Xidmətin versiyasına görə, layner məhz separatçıların atdığı raket tərəfindən vurulub.Bildirilir ki, təyyarənin vurulması "sifarişini" Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin adı açıqlanmayan polkovniki verib və o, bu haqda Ukraynadakı rusiyameyllilərin liderlərindən biri, "Bes" ləqəbli İqor Bezlerə məlumat verib. O da təyyarənin hava məkanına yaxınlaşdığını izlətdirib. Bu haqda audioyazıda da belə səs var: "Siz tərəfə "quş" uçdu...".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb