Malinin paytaxtı Bomako şəhərində silahlı şəxslər "Radisson” otelində 170 nəfəri girov götürüblər.
APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, girovlardan 140-ı qonaq, 30-u isə hotel əməkdaşıdır.
Hotelə giriş və çıxış qadağan edilib.
"Reuters”in məlumatına görə, silahlılar hotelə "Allahu - Əkbər” qışqıra-qışqıra daxil olublar. Hüquq-mühafizə orqanlarının qüvvələri hoteli mühasirəyə alıblar. Hazırda hotel binasında atışma gedir.
Yerli təhlükəsizlik xidmətinin nümayəndəsi hoteldə 10-a yaxın silahlı şəxsin olduğunu bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !