Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

23:30 | 11.11.2022
Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan və Ermənistan boksçularının döyüşü baş tutmayacaq.

Azərbaycan Boks Federasiyasından  verilən məlumata görə, buna ermənilərinin yarışı yarımçıq tərk etməsi səbəb olub.

51 kq-da 1/4 final çərçivəsində Armen Quşçiyan (Ermənistan) Məsud Yusifzadə (51 kq) ilə döyüşdən imtina etmişdisə, bu dəfə Ermənistan yığması turnirdən ayrılıb.

Bu da o deməkdir ki, Malik Həsənov (63,5 kq) yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Onun finalda rəqibi Frank Roman Samuel (Rumıniya) – Frank Kleri (İrlandiya) cütünün qalibi olacaq.

Qarşılaşma noyabrın 13-də keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM