Azərbaycanda bütün qanunsuz gəlirləri leqallaşdırmağa hazırlaşırlar.“Burada söhbət gəlirlər haqda bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın, həmçinin gəlirlərinin leqallaşdırılmasından gedir” - bu açıqlamanı vergilər naziri Fazil Məmmədov bildirib. O, bunu belə əsaslandırırdı ki, maliyyə amnistiyası olmadan gəlirlərin rəsmən elan edilməsi sisteminə keçmək mümkün deyil."İqtisadi təşəbbüslərə yardım" Qeyri-Hökümət Təşkilatının rəhbəri Azər Mehdiyev hesab edir ki, hökümətin maliyyə amnistiyası elan eləməsi nəticəsində vergi intizamının səviyyəsi yüksələcək.«Maliyyə amnistiyası vergi intizamı və vergidən kütləvi yayınmanın qarşısını almaq üçün zəruri addımdır. Qanunsuz, gizlədilən gəlirlər leqallaşdırılmadan bu məqsədə çatmaq olmaz. Məsələ burasındadır ki, amnistiya hansı formada tətbiq ediləcək, yəni hansı gəlirlərə tətbiq olunacaq», deyə Meydiyev qeyd edib.Onun sözlərinə görə, beynəlxalq təcrübədə maliyyə amnistiyasının keçirilməsinə müxtəlif yanaşmalar var: "Ancaq dünya təcrübəsində çox zaman maliyyə amnistiyası yalnız sahibkarlığın subyektlərinə və vətəndaşlara, dövlət vəzifələrində olmayanlara tətbiq edilirdi".İqtisadçının fikrincə, beynəlxalq praktikada maliyyə amnistiyasına dair müxtəlif yanaşmalar var. Ancaq dünya təcrübəsində maliyyə amnistiyası əksər hallarda sahibkarlıq subyektlərinə və dövlət vəzifəsi olmayan vətəndaşlara tətbiq edilir, deyə Mehdiyev qeyd edib.İqtisadçının fikrincə, maliyyə amnistiyası dövlət qulluqçularına və cinayət yolu ilə əldə edilən qazanclara tətbiq edilə bilməz.Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı maliyyə amnistiyası ilə bağlı qərar layihəsinin hazırlanmasında məqsədin vəzifəli şəxslərin xalqdan oğurladığı vəsaitlərin leqallaşdırılması üçün atılan addım olduğunu dedi:“Mənim fikrimcə, maliyyə amnistiyasına gedilməsi qərarının verilməsində yeganə məqsəd məmurların korrupsiya, rüşvət yolu, monopoliya vasitəsi ilə topladığı, büdcədən oğurladığı vəsaitlərin leqallaşdırılmasıdır. Həmin adamları bir növ onları gözləyən məsuliyyətdən azad etməyi fikirləşirlər. Belə maliyyə amnistiyasının cəmiyyətə heç bir faydası yoxdur. Ölkədə bütövlükdə siyasi sistem dəyişdirilməlidir, azad rəqabətə əsaslanan liberal iqtisadiyyata keçid olmalıdır”. – Aslanlı bildirdi.Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu maliyyə amnistiyası ilə bağlı qərar layihəsi hazırlanmasının zəruri addım olduğunu düşünür. Ancaq onun fikrincə, yığılmış sərvətin leqallaşdırılması ilə yanaşı, eyni zamanda, məmurların qanunsuz əməlləri nəticəsində mülkiyyəti itirilmiş vətəndaşlara müəyyən kompensasiyalar ödənilməlidir: “ Bir çox hallarda korrupsiya, oğurluq, sərvətlərin mənimsənilməsi yolu ilə əldə edilmiş sərvətlərin leqallaşdırılaraq sahiblərinə verilməsi və onlara təminat verilməsi ədalətsizlik kimi qəbul olunur, əslində belədir də. Amma iqtisadiyyat və siyasət nöqteyi-nəzərdən bu praqmatik bir addım olub. Məsələn, xüsusilə Latın Amerikası ölkələrində son 20-30 il ərzindəki təcrübələr göstərdi ki, bu sonradan iqtisadiyyatın çox şaxəli inkişafına və ölkədə həm siyasi, həm iqtisadi islahatlar aparılmasına təkan verə bilməz”.Müstəil iqtisadçı Qadir İbrahimli hesab edir ki, əgər mülkiyyət toxunulmazlığı təmin edilməsə, maliyyə amnistiyasının da heç bir faydası olmayacaq. O, əlavə etdi ki, maliyyə amnistiyası oliqarxiyanın siyasi sistemdən ayrılması baxımından zəruri bir addımdır.İqtisadçı ekspert Qadir İbrahimlinin fikrincə, hakimiyyət bu addımla oliqarxları siyasi sistemdən ayırmağa çalışır: "Dünyada çirkli pulların leqallaşdırılması və iqtisadiyyatın inkişafına yönəldilməsi təcrübəsi geniş yayılıb. Məsələn, çirkli pullar Avropa bankları vasitəsi ilə Avropa ölkələrinin iqtisadiyyatına yatırılır. Bu məsələdə İsveçrə və Böyük Britaniya bankları böyük təcrübəyə sahibdirlər. İndi belə görünür ki, bu təcrübəni Azərbaycanda da tətbiq etmək istəyirlər. Oliqarxların yığdığı çirkli kapital özlərinin təsis etdiyi banklar vasitəsi ilə ölkə iqtisadiyyatına yatırılır və leqallaşır".Ekspert onu da əlavə edib ki, ancaq maliyyə amnistiyası verilmədiyindən bu proses ləng gedir: "Bu baxımdan maliyyə amnistiyası vacibdir. Ancaq maliyyə amnistiyası ilə eyni zamanda ölkədə mülkiyyət toxunulmazlığı təmin edilməlidir. Çünki mülkiyyət toxunulmazlığı olmasa, kapital sahibləri əmlaklarının və gəlirlərinin leqallaşmasında maraqlı olmayacaqlar. Bu proses paralel getməlidir”.İqtisadi Təhqiqatlar Mərkəzinin eksperti Qalib Toğrulun fikrincə isə, maliyyə amnistiyası elan olunmasının yaxşı və pis tərəfləri var: “Yaxşı tərəfi odur ki, böyük vəsaitlərin investisiya kimi Azərbaycan iqtisadiyyatına yönəlməsi prosesi başlaya bilər. Bu da neft gəlirlərinin azaldığı, hökumətin dövlət investisiya proqramlarını azaltmağı düşündüyü bir dövrdə vəsait çatışmazlığı problemini minimuma sala, büdcənin investisiya yükünü azalda bilər. Qalib Toğrulun fikrincə, oliqarx-məmurlar qanunsuz yolla əldə etikdləri gəlirləri xarici ölkələrə yatırmağı üstün tuturlar. “Amnistiyadan sonra həmin vəsaitlərin də bir hissəsi ölkəyə qayıda bilər. Maliyyə amnistiyasının pis tərəfi odur ki, məmurların bu pulları daha çox korrupsiya, ola bilər ki, insanlığa qarşı işlədilən hansısa cinayətlər sayəsində qazanılıb. Bu, məsələnin psixoloji-mənəvi tərəfidir.”Maliyyə amnistiyası ilə yanaşı lüstrasiya da olmalıdır, - Respublikaçı Alternativ Hərəkatının (REAL) icra katibi Natiq Cəfərli belə deyib: "Korrupsiya yolu ilə əldə edilmiş pulların və mülklərin leqallaşdırılmasının cəmiyyətə heç bir faydası olmayacaq. Həmçinin, lüstrasiya və arxivlərin açılması lazımdır. 10-15-20 il müddətində qanunsuz yolla sərvət toplamış vəzifəli şəxslər siyasətlə məşğul olmalı deyillər. Bütün oliqarx-məmurlar öz vəzifələrini tərk etməlidirlər. Şərqi Avropa ölkələrinin keçid dövründə belə bir təcrübədən istifadə edilib"."Gəlir deklarasiyasının təqdim edilməsi praktikasının genişləndirilməsi cəhdini maliyyə amnistiyası ilə qarışdırmaq lazım deyil" - bu fikri səsləndirən müstəqil ekspert Rövşən Ağayevdir.O, xatırlatdı ki, 2005-ci ildə dövlət başçısı korrupsiya ilə mübarizə üçün imzaladığı sərəncamı ilə Nazirlər Kabinetinə üç ay müddətində məmurlar tərəfindən gəlir deklarasiyası formasını təsdiqləməsini tapşırıb: "Amma indiyə kimi bu sərəncam yerinə yetirilməyib. Bu formaları bir gün ərzində də təsdiqləmək mümkündür, axı başqa ölkələrin də təcrübələri var. Sadəcə, bunun üçün siyasi iradə lazımdır".Onun fikrincə, "absurd vəziyyət yaranıb, sosial yardım almaq məqsədilə müraciət edənlərdən gəlir deklarasiyası tələb edilir, amma böyük büdcə ehtiyatları sərəncamında olanlar öz əmlakları barədə hesabat vermirlər».Bununla belə, ekspert qeyd etdi ki, artıq bir çox postsovet ölkələrində, həmçinin Rusiyada məmurlar tərəfindən gəlir deklarasiyasının təqdim olunması başlayıb.Beynəlxalq qeyri hökümət təşkilatı olan "Transparency International" ötən ilin dekabrında korrupsiyanın vəziyyəti ilə bağlı hesabat dərc edib, həmin hesabata görə Azərbaycan Rusiya ilə birlikdə 127-ci yerdə qərarlaşıb. 2012-ci ildə isə Azərbaycan 139-cu yerdə qərarlaşmaqla, Nigeriya, Keniya, Nepal və Pakistanla bir sırada idi.QHT nümayəndələri və ekspertlərin verdiyi məlumata görə, Azərbaycanda korrupsiya ilə əlaqədar cinayətlərə görə aşağı ranqlı məmurlar cinayətə cəlb olunurlar, çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsinin araşdırılması ölkədə aparılmır, - "Kavkazskiy uzel" saytı belə yazır.
Kamal ƏliANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !