Aktual mövzunun müzakirəsi beynəlxalq ekspertin iştirakı ilə Unibankda aparılıb
Unibank dünya maliyyə bazarında baş verən tendensiyaları Azərbaycan bank sektorunda paylaşmaqda davam edir. Bu mövzuda daha bir tədbir bu gün bankın baş ofisində keçirilib. Unibank Akademiyasının Mərkəzi Bankla birgə təşkil etdiyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin də yaxından dəstəyi ilə təşkil olunan "Bank-maliyyə institutlarının idarə edilməsi: İflas və Gələcək" mövzusunda seminar bu gün işinə başlayıb.
Seminarın əsas məqsədi maliyyə sabitliyi, böhran şəraitində effektiv maliyyə idarəetməsi, bu sahədə beynəlxalq təcrübə barədə bankların rəhbər şəxslərinin məlumatlandırılması və mövcud problemlərin müzakirəsidir. Seminar bank-maliyyə və idarəetmə üzrə 20 ildən çox təcrübəyə malik dosent Charles H. Allison tərəfindən aparılıb. Harvard Biznes Universitetinin keys metodologiyasına uyğun aparılan müzakirələrdə Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın bankın nümayəndəsi iştirak edəcək. İnteraktiv şəkildə davam edən seminarın ilk günündə maliyyə böhranı şəraitində müxtəlif şirkətlərini təcrübəsindən danışılıb.
Qeyd edək ki, seminar 4 gün ərzində, hər gün iki növbə olmaqla fərqli mövzuların müzakirəsi ilə davam edəcək.
Unibank-hər kəsin bankı!
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !