İspaniya La Liqasının prezidenti Xavyer Tebas Lionel Messinin "Barselona”dan getməsi ehtimalının çempionata maliyyə baxımından təsirləri barədə fikirlərini açıqlayıb.
Bu barədə "Goal” məlumat yayıb.
"Messi "Barselona”dan müqaviləsindəki müddəalardan birinə görə ayrıla bilmədi. Kriştianu Ronaldu ilə bağlı da əvvəl dediyim kimi, liqa həmçinin bu məqama da maliyyə baxımından hazırdır”, - deyə X.Tebas bildirib.
O, K.Ronaldunun "Real”ı klubun qərarı əsasında tərk etdiyini qeyd edib.
"Mən nəsə demək hüququna sahib deyiləm, ancaq hər zaman çempionatda ən yaxşı oyunçulara sahib olmaq istərdim. Eyni şey Neymarla da baş verdi.
Ronaldu çempionatın ən yaxşı bombardiri idi, biz onun gedişindən məyus olduq. Ancaq maliyyə baxımından təsirləri minimum oldu, çünki biz həmin məqama ciddi hazırlaşmışdıq”, - deyə o, bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !