Maliyyə Nazirliyi ilə Caspian European Club-un biznes-forumu

11:00 | 10.12.2014
Maliyyə Nazirliyi ilə Caspian European Club-un biznes-forumu

Maliyyə Nazirliyi ilə Caspian European Club-un biznes-forumu

Bakıda Caspian European Club-un təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifovun iştirakı ilə keçirilən biznes-forumda Azərbaycanın 2015-ci il üçün büdcə siyasəti, neftin qiymətinin kəskin düşməsinin büdcəyə təsiri, Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsi məsələləri müzakirə olunub.

Biznes-forumda çıxış edən ölkənin maliyyə naziri Samir Şərifov təşkil olunmuş biznes-hökümət dialoquna görə Caspian European Club-a təşəkkür edib. Onun sözlərinə görə, Caspian European Club çərçivəsində bu cür görüşlərin keçirilməsi, dövlət müəssisələri ilə özəl sektor arasında sıx əməkdaşlığın yaranmasına və nəticədə ölkə iqtisadiyyatının inkişafına səbəb olur.

Görüşün əvvəlində Samir Şərifov Azərbaycan Respublikası Maliyyə nazirliyinin fəaliyyəti barədə ətraflı məlumat verib, dövlətin maliyyə siyasətinin əsas aspektlərini açıqlayıb.

Görüşdə Azərbaycanın maliyyə siyasəti, büdcə siyasəti, həmçinin Caspian European Club-a daxil olan şirkətlərə maraqlı olan məsələlər müzakirə olunub.

Biznes-forumda çıxış edən Caspian European Club-un icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa görə, o cümlədən tədbir zamanı Caspian European Club-un üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə diqqət yetirdiyinə görə Samir Şərifova minnətdarlığını bildirib.

O qeyd etdi ki, Caspian European Club 2002-ci ilin iyun ayında Caspian Energy International Media Group-un və Xəzər-Qaradəniz regionunda işləyən iri neft-qaz şirkətlərini fəal iştirakı ilə yaradılıb.

Caspian European Club-un sədri Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Telman Əliyevin sözlərinə görə, Caspian European Club-un yarandığı gündən, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yatırılmasına vasitəçilik edib. Caspian European Club öz sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirməklə, dünyanın 50 ölkəsində çalışır, dövlət strukturları ilə özəl sektor arasında dialoqun inkişafı istiqamətində aktiv fəaliyyət göstərir.

Azərbaycan Respublikası maliyyə naziri Samir Şərifova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim edilib. Sertifikatlar həmçinin Caspian European Club-un yeni üzv şirkətlərinə də təqdim edilib. Həmçinin tədbir çərçivəsində Caspian European Club ilə bir sıra işgüzar birlik və təşkilatlar arasında memorandumlar imzalanıb, Xüsusən Azərbaycanın iş adamları Milli konfederasiyası, Azərbaycan sığortaçılar Assosiasiyası, ATIB və TUSIAB ilə. Caspian European Club-un təşkil etdiyi görüşdə bir sıra şirkətlərin rəhbərləri və Azərbaycanda akkreditasiya olunmuş  diplomatik təşkilatların nümayəndələri iştirak edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM