• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Manads finalda 500 min dollar uğrunda yarışacaq

Manads finalda 500 min dollar uğrunda yarışacaq
31.01.2015 11:35
Şirkət Azərbaycanı "Seedstar World” yarışmasında təmsil edəcək

Manads 4 Fevral 2015-ci il tarixində İsveçrənin Cenevrə şəhərində keçiriləcək olan "Seedstar World" müsabiqəsində Azərbaycanı təmsil edəcək. 

Texnobaz.com-un verdiyi xəbərə görə, tədbirdə Manadsın hazırki direktoru Orxan Rzayev mentor və investorlar qarşısında çıxış edəcək. 

Silikon Vadisi xaricində olan startuplara yönələn Seedstar World yarışmasında keçən il Bakıdan qalib seçilən Manads, 36 ölkədən finala çıxmış layihə ilə birlikdə 500 min dollarlıq hədiyyə uğrunda yarışacaq. 

Seedstar World yarışmasının builki finalçıları geniş bir regionda - 36 ölkədə keçirilən, "Seedstar Global" turuna qatılan 500 startup arasından seçilib. Finalçılar 3 günlük bir təlimə qatılaraq Bbooster, The Founder`s Institute, Chinaccelerator ve Galixo kimi sürətləndiricilərdən mentorluq dəstəyi alacaq. 

Layihənin təsisçisi Vaqif Abbasovun Texnobaz.com-a dediyinə görə, Manads bu yarışmada tam yeni Manads SDK-nı (Software Development Kit) təqdim edəcək. Bu texnologiyanın vasitəsi ilə mobil tətbiq sahibləri istifadəçilərinə tətbiqə daxil olmadan məlumatlarını təqdim etmək imkanına sahib olacaq. Hazırda bunu yalnız "Push Notification Service"-lə etmək olurdusa, Manads SDK daha zəngin funkisiyalarla bu sistemlərə alternativ olacaq. Bu texnologiya eyni zamanda şirkətlərin əlavə xərclərinin qarşısını da qismən alacaq. Belə ki, şirkətlər müştərilərinə bezdirici və ölçüləbilinməyən SMS göndərişlərini bu texnologiya ilə əvəz edə biləcəklər. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol