Manaf Ağayev polisə çağırıldı

19:16 | 21.02.2020
Manaf Ağayev polisə çağırıldı

Manaf Ağayev polisə çağırıldı

Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.
Oxu.Az xəbər verir ki, o, televiziya verilişlərindən birində işlətdiyi ifadəyə görə, Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub. İdarədə M.Ağayevlə profilatik söhbət aparılaraq sərbəst buraxılıb. O, etdiyi hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiq edib.
Xatırladaq ki, bir müddət əvvəl müğənni Manaf Ağayev televiziya verilişlərindən birində qonaq olarkən qalmaqallı fikirlər səsləndirib. Aparıcının "Qadın sizi hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasınız” sualına M.Ağayev "Belə göründüyümə baxmayın, bir kəlmə sözə görə baş kəsərəm. Ailəm məni yaxşı tanıyır” fikirlərini səsləndirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb