Manat avroya nisbətdə bahalaşdı

11:02 | 03.01.2019
Manat avroya nisbətdə bahalaşdı

Manat avroya nisbətdə bahalaşdı

Mərkəzi Bankın yanvarın 3-nə olan açıqlamasına görə, manat avroya nisbətdə bahalaşıb. 

28 dekabr 2018-ci il tarixinə 1 avro 1.9468 manat olduğu halda, 03 yanvar 2019-cu il tarixinə 1 avronun məzənnəsi 1,9323 manata düşüb.

Azərbaycan Mərkəzi Bankı yanvarın 3-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/1 dollar səviyyəsində saxlayıb. Manatın rus rubluna nisbətən rəsmi məzənnəsi isə 0,0245 manat/1 rubl səviyyəsindədir.

Qeyd edək ki, üzən məzənnə rejimini tətbiq edən Rusiyada isə hazırda həm dollar, həm də avronun kursunda artım var. Belə ki, şimal qonşumuzda dollar və avro 0,30% və 0,32% artaraq 69,82 və 79,46 rubla realizə edilir. 

Bu isə o deməkdir ki, Azərbaycan manatı dollara nisbətdə artıq il yarımdır ki, sabit saxlanılsa da, digər valyutalara münasibətdə üzən kurs nümayiş etdirməsinə imkan verilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb