AMB məlumat yaydı.
2015-ci il oktyabrın 1-nə geniş mənada pul kütləsi (M3) 17 milyard 684 milyon manata bərabər olub. Sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə M3 aqreqatı 50 mln. manat və ya 0,3% azalıb.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, M2 pul aqreqatı (manatla olan pul kütləsi) bu ilin oktyabrın 1-nə 9 milyard 368,9 milyon manata bərabər olub.
Nəticədə, aylıq müqayisədə M2 aqreqatı 176,8 milyon manat və ya 1,8%, cari ilin əvvəlindən 8 milyard 066,9 milyon manat və ya 46,3% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə azalma 7 milyard 998,9 milyon manat və ya 46% olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !