Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?

09:24 | 04.11.2015
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?

Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının azalmasına rəğmən, AMB-nin bazarı zəruri həcmdə dollar kütləsi ilə təmin etmək üzrə gördüyü tədbirlər manata olan etibarın yüksəldilməsinə yönəldilib.

Gözlənilən devalvasiya barədə şayiələrdən yaranan psixoloji təzyiq sayəsində bazarda vaxtaşırı müşahidə edilən ajiotaj ABŞ valyutasına tələbatın artmasına da gətirib çıxarır. Lakin bir müddətdən sonra mübadilə məntəqələrinin işi öz məcrasına qayıdır. Əvvəllər olduğu kimi, mübadilə məntəqələri qarşısında ya dolları yenidən manata dəyişən, ya da ehtiyaca (xaricə səfərlər, bank kreditlərinin ödənilməsi ilə bağlı) görə valyuta alan bir neçə nəfəri görmək olar.

Lakin il ərzində xarici valyutada defisit müşahidə olunmayıb, çünki AMB ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Fondu da valyuta bazarına dollar çıxarır.

Azərbaycanda əməkhaqların manatda ödənildiyini, eləcə də ticarət şəbəkələri və iaşə obyektlərində hesablaşmaların yalnız milli valyutada aparıldığını nəzərə alsaq, bazarda vaxtaşırı yaranan ajiotajı əsassız hesab etmək olar.

Beynəlxalq maliyyə institutlarının 2015 və 2016-cı illər üçün Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozları bunun təsdiqidir. Həmin proqnozlar artım istiqamətində yenidən nəzərdən keçirilib.

Beynəlxalq Valyuta Fondu (BVF) oktyabrda Azərbaycanda iqtisadi artım proqnozunu 4 faizədək (əvvəl nəzərdə tutulmuş 1,8 faizdən) yaxşılaşdırdığı halda, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ötən gün 2015-ci ildə ölkə iqtisadiyyatının gözlənilən artım tempini Şərqi Avropa və Cənubi Qafqaz regionunda ən yüksək adlandırıb. AYİB Azərbaycan üçün iqtisadiyyatın artım proqnozunu 2015 və 2016-cı illərdə daha əvvəl nəzərdə tutulmuş 1,5 faizdən müvafiq olaraq 3 faizədək və 2,5 faizədək artırıb.

Bu arada, qonşu ölkələrin milli valyutalarının məzənnəsi ilə bağlı vəziyyətin Azərbaycan manatına təsiri ilə bağlı sual yarana bilər. Təbii ki, manata təzyiq var, lakin tədiyə balansının müsbət saldosu milli valyutanın məzənnəsini sabit səviyyədə saxlamağa imkan verir. Bu prosesi stimullaşdırmaq üçün banklar xarici valyutada depozitlər üzrə faiz dərəcələrini azaltdılar ki, bu da manatda olan əmanətlərin cəlbediciliyini artırır.

Qonşu neft ixrac edən ölkələrdə valyutaların məzənnələrinin dəyişikliyini əks etdirən aşağıdakı cədvəl Azərbaycan manatının məzənnəsinin aşağı dəyişkənliyini də göstərir.

2013-2015-ci illərdə ABŞ dollarına qarşı bir sıra postsovet ölkələrin milli valyutalarının zəifləməsi/möhkəmlənməsi dərəcəsi (faizdə illik):
 

Yer

Valyuta

2013-cü ilin sonuna

2014-cü ilin sonuna

03.11.2015 tarixinə

2013-cü ildə devalvasiyanın səviyyəsi

2014-cü ildə devalvasiyanın səviyyəsi

03.11.2015 tarixində devalvasiyanın səviyyəsi

1

Belarus rublu

9510

11850

17 421

11,0

24,61

47

2

Özbək sumu

2202,2

2422,40

2 692

11,0

10

11,13

3

Moldova leyi

13,06

15,62

20,077

8,3

19,6

28,5

4

Rus rublu

32,73

56,26

63,799

7,77

71,89

13,4

5

Gürcü larisi

1,74

1,86

2,3987

4,82

6,9

28,9

6

Qırğız somu

49,25

58,89

69,7124

3,9

19,57

18,4

7

Qazax tengesi

153,61

182,35

280,37

1,9

18,7

53,7

8

Erməni dramı

405,64

474,97

473,4

0,5

17,09

- 0,3

9

Tacik somonisi

4,77

5,31

6,6207

0,2

11,32

24,7

10

Azərbaycan manatı

0,785

0,784

1,0491

-

-0,13

33,8

11

Türkmən manatı

2,85

3,5

3,5

-

22,8

-

12

Ukrayna qrivnası

7,99

15,77

23,015

-

97,37

45,9




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM