Manatın məzənnəsi bu il də sabit olacaq - Taleh Kazımov

11:42 | 01.02.2023
Manatın məzənnəsi bu il də sabit olacaq -  Taleh Kazımov

Manatın məzənnəsi bu il də sabit olacaq - Taleh Kazımov

2022-ci ildə Mərkəzi Bankın keçirdiyi  valyuta hərraclarının 80%-də təklif tələbi üstələyib.  Bunu Mərəzi bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. 
 
"Keçən il Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında təklif tələbi üstələyib. Mərkəzi Bank valyuta bazarına alış yönümli müdaxilə edərək 2 milyard 8 milyon dollar həcmində valyuta alıb", - Kazımov bildirib. 
 
Onun sözlərinə görə,  fevralın 1-də Azərbaycan Dövlət Neft Fondu ilə birgə ölkənin  valyuta ehtiyatlarının həcmi 58,5 mlrd dollar ,o cümlədən  Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 9 milyard dollar olub. 
 
O həmçinn bildirib ki, dünya neft bazarında qiymətlərin artması tədiyyə balansının bu il də profisitli olmasından xəbər verir. Bu da  milli valyutanın məzənnəsinin 2023-cü ildə də sabit olacaını deməyə əsas verir. 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM