Manatın məzənnəsi süni yolla tənzimlənir? – Rəsmi cavab

16:00 | 26.04.2019
Manatın məzənnəsi süni yolla tənzimlənir? – Rəsmi cavab

Manatın məzənnəsi süni yolla tənzimlənir? – Rəsmi cavab

"Mediada müəyyən ekspertlər tərəfindən Mərkəzi Bankın manatın məzənnəsini süni yolla tənzimləməsi barədə fikirlər səsləndirilir. Lakin iqtisadi göstəricilər bunun əksinədir”

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. AMB rəhbəri bildirib ki, belə olsaydı, qrafikdən qabaq satış olardı. 

"Mərkəzi Bank birinci rübdə 150 milyon dollardan çox valyuta vəsaiti alıb, valyuta ehtiyatları artıb. Bazardan az miqdarda valyuta almışıq. Bu, həm də bizim valyuta ehtiyatlarımızın idarə olunmasından əldə olunub. Biz bazarı intervensiya etməmişik, əksinə bazarla da münasibətlərimiz müsbətdir” -deyə E.Rüstəmov qeyd edib. (azvision.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb