Oxu.Az məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bir neçə otelə müraciət edib.
"JW Absheron Marriott” otelinin marketinq şöbəsindən Oxu.Az-a bildirdilər ki, onlarda olan bütün əməliyyatlar manatla həyata keçirildiyinə görə, qiymət artımı müşahidə olunmur:
"Qiymətlər stabil olaraq qalır. Manatın ucuzlaşmasının qiymətlərə təsir etməməyinin səbəbi ondan ibarətdir ki, bizdə daxili marketinq manatla aparılır. Ona görə biz bu vəziyyətə görə, hər hansı çətinlik yaşamamışıq”.
"Kempinski Hotel Badamdar”dan də eyni cavabı verdilər:
"Qiymət artımı yoxdur”.
"Four Seasons Hotel Baku” otelinin nümayəndəsi isə məsələyə bu cür münasibət bildirdi:
"Hal-hazırda qiymət artımı yoxdur. Otel dolu və ya boş olduqda bu zaman qiymətlər dəyişilə bilər. Bu günə olan ən ucuz nömrənin qiyməti isə 320 manat təşkil edir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !