“Mançester Yunayted” büdcəsinə zərərə düşüb

16:38 | 23.09.2022
“Mançester Yunayted” büdcəsinə  zərərə düşüb

“Mançester Yunayted” büdcəsinə zərərə düşüb

İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Yunayted” 2021-22-ci il  mövsümündə gəlirlərinin artmasına baxmayaraq, 115,5 milyon funt sterlinq itirib. Bu barədə Türkiyənin "Sabah” saytı bildirir. 


Böyük Britaniya təmsilçisinin borcu əvvəlki illə müqayisədə 95,4 milyon artaraq 514,9 milyon lirəyə çatıb. 2021-ci ilin yayında "Mançester Yunayted” Cristiano Ronaldo, Jadon Sancho və Raphael Varane-ni heyətinə qatıb və futbolçulara verilən maaş 19,1 faiz artaraq ümumilikdə 384,2 milyon funt-sterlinqə çatıb.


Maliyyə strukturunu dəyərləndirən klubun maliyyə departamenti menecerlərindən biri Kliff Bati klubun maliyyə itkisindən danışıb.


"Epidemiya səbəbindən gəlir itkisinin təsiri bilet satışı ilə başa çatsa da, 2021-ci ilin yayında bəzi xüsusi turnirlərdə iştirak etməyən komandanın və futbolçulara ödənilən maaşın artması səbəbindən klub maliyyə cəhətdən geri düşüb”, - Bati deyib.  


 

Sadiq Cavadov


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM