"Mançester Yunayted" rekord transferə hazırlaşır

23:46 | 02.08.2019

"Mançester Yunayted" rekord transferə hazırlaşır

"Mançester Yunayted"  klubu heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır. 
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Lester"in müdafiəçisi Harri Maquayrın transferi ilə bağlı razılığa gəlib. Razılığa əsasən, "MY" 80 milyon funt sterlinq (təqribən 87.3 milyon avro) təzminat ödəyəcək.

Bu transfer gerçəkləşəcəyi təqdirdə, 26 yaşlı ingilis oyunçu futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırkı rekord 2018-ci ildə 75 milyon funt sterlinqə (təqribən 81.9 milyon avro) "Sauthempton"dan "Liverpul"a transfer olunan Vircil van Deykə məxsusdur.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb