"Mançester Yunayted"in futbolçusu sərbəst buraxılıb

16:25 | 02.02.2022

"Mançester Yunayted"in futbolçusu sərbəst buraxılıb

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Meyson Qrinvud həbsxanadan çıxıb.

21 yaşlı hücumçu növbəti istintaqadək girov müqabilində sərbəst buraxılıb.

İngiltərəli oyunçu sevgilisi Harriet Robsona qarşı zorakılıqda ittiham olunur. "Mançester Yunayted" hadisədən sonra Qrinvudu komandadan kənarlaşdırıb.

2018-ci ildən əsas komandada çıxış edən Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir. Hücumçu cari mövsüm Premyer Liqada 18 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.(report.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb