İngiltərənin “Mançester Yunayted” futbol klubu Bakıya gələcək.
Lent.az məlumatına görə, bu barədə jurnalistlərə klubla əməkdaşlıq edən Bakcell şirkətinin rəhbəri Riçart Şirer məlumat verib. O bildirib ki, “qırmızı şeytanlar” mövsümlər arası, fasilədə turnelərə çıxırlar və həmin müddətdə klubun Bakıya gətirilməsi fikri var.
“Digər variant isə hazırda inşası davam edən Bakı Olimpiya Stadionun açılış mərasimi ola bilər. Hazırda bu istiqamətdə danışıqlar gedir. Bu səfərin gerçəkləşəcəyinə inanırıq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !