Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin AFFA ilə birlikdə həyata keçirdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinə seçim başa çatdı. Bu seçimdən müvəffəqiyyətlə keçən 32 nəfər uşaq (Bakı-10 nəfər, Gəncə-9 nəfər, Qax-3 nəfər, Sumqayıt-7 nəfər, Tovuz-3 nəfər) "Mançester Yunayted" Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən 6-dək Bakı Peşəkar Futbol Klubunun bazasında keçiriləcək təlimlərdə iştirak edəcək. Yay futbol məktəbində yüksək nəticələr nümayiş etdirən 5 uşaq isə Mançesterə səfərə yollanacaq.Seçim AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə həyata keçirilib. Seçim zamanı daha çox uşaqların texniki xüsusiyyətlərinə diqqət yetirilib.Keçən il Mançesterdə təlim keçmiş Əliyev Xəyal, Məhərrəmli Samir və Abdurrahmanov Zeynəddin bu il də seçim turlarında yüksək nəticələr nümayiş etdirərək qalib olublar.Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !