“Mançester Yunayted” Yay Futbol Məktəbinin qalibləri Old Traffordda - FOTOLAR

11:46 | 24.07.2014
“Mançester Yunayted” Yay Futbol Məktəbinin qalibləri Old Traffordda - FOTOLAR

“Mançester Yunayted” Yay Futbol Məktəbinin qalibləri Old Traffordda - FOTOLAR

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin AFFA ilə birlikdə həyata keçirdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinin bu ilki 32 iştirakçısı arasından seçilən 5 nəfər Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində təlim keçirlər. AFFA-nın Elit Məşq layihəsinin koordinatoru İlham Əzizzadə və "Futbol Bakcell ilə" layihəsinin koordinatoru Kamal Tağızadənin müşayiəti ilə İngiltərəyə yola düşən Əli Abbasov, Duraxan Dövlətxanov, Zərrər Məmmədov, Ramin Nəsirli və Vəliəhd Səmədov digər ölkələrdən olan digər uşaqlar ilə birlikdə təlim- məşq toplanışlarında müxtəlif biliklərə yiyələnirlər.Xatırladaq ki, ötən il Mançesterdə olan azərbaycanlı iştirakçılardan biri - Tamerlan Rizvanov  xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəlmişdi.Qeyd etmək lazımdır ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan “Mançester Futbol Məktəbi” dünya futboluna Devid Bekxem, Pol Skoulz və Rayan Qiqz kimi əfsanələri bəxş edib.Azərbaycanın futbol üzrə milli komandalarının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.***Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM