“Mançester Yunayted" Moyeslə bağlı son qərarını verdi

23:58 | 21.04.2014
“Mançester Yunayted" Moyeslə bağlı son qərarını verdi

“Mançester Yunayted" Moyeslə bağlı son qərarını verdi

"Mançester Yunayted" baş məşqçisi David Moyesin klubdakı taleyi müəyyənləşib.

Qol.Az-ın İngiltərənin bir çox aparıcı mətbuat orqanlarına istinadən yaydığı xəbərə görə, komandanın Premyer Liqada "Everton"a məğlub (0:2) olduğu oyundan sonra klub rəhbərliyi iclas keçirib. İclasda mövsüm başa çatdıqdan sonra şotlandiyalı mütəxəssislə yolların ayrılmasına qərar verilib.

Toplantıda yeni baş məşqçi postuna namizədlər də müzakirə olunub. Yurgen Klopp ("Borussiya"), Dieqo Simeone ("Atletiko"), Loran Blan (PSJ) və Lui van Qalın (Hollandiya millisi) əsas namizədlər olduğu bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran "MY" Premyer liqada 57 xalla 7-ci pillədədir.

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM