"Qalatasaray"ın baş məşqçisi Roberto Mançinin "Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turanı komandasında görmək istəyir.
Qol.Az-ın məlumatına görə, "Sabah" qəzetinə müsahibə verən təcrübəli mütəxəssis türk yarımmüdafiəçinin yerinin "Qalatasaray" olduğunu deyib:
"Ardanın "Qalatasaray"a dönməsini çox istəyərəm. Çünki onun yeri buradır. Ancaq bu transferin reallaşması üçün yüksək məbləğdə pul lazımdır. Klub prezidenti Ünal Aysal da Ardanı komandada görmək istədiyimi bilir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !