"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini futbolçusu Uesli Sneyderin komandadan ayrılmasını istəmir.Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis klub rəhbərliyinə hollandiyalı yarımmüdafiəçinin satılmasının doğru olmayacağını bildirib:"Sneyderə yeni mövsümdə ehtiyac olacaq. Onu satmaq intihara bərabər olar" - deyə Mançini klub rəhbərliyinə bildirib. Buna cavab olaraq Mançiniyə Sneyderin satılmayacağı vəd olunub.Qeyd edək ki, təcrübəli futbolçu üçün "Qalatasaray"a bir çox klubdan təklif göndərilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !