Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Roberto Mançini vəzifəsindən istefa verib. APA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, R. Mançini ilə klub rəhbərliyi arasındakı qarşılıqlı razılaşma əsasında italiyalı mütəxəssisin müqaviləsi ləğv edilib. Bu qərar nəticəsində müqavilənin vaxtından əvvəl ləğvinə görə tərəflərdən heç biri digərinə təzminat ödəməyəcək.
Xatırladaq ki, R. Mançini ötən mövsümün əvvəllərində Fateh Terimin yerinə “Qalatasaray”ın baş məşqçiliyinə gətirilmişdi. Onun rəhbərliyi ilə komanda Türkiyə çempionatında 2-ci yeri tutub və ölkə kubokunu qazanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !