"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini "Bursaspor"la kubok matçından sonra maraqlı açıqlamalar verib.Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında hər an komandadan gedə biləcəyini bildirib:"Gözlənilməz nəticə oldu. Son həftələrdə çox əsəbiyəm. Çünki çox səhvlərə yol veririk. Səhv mənimdir, məsuliyyət mənə aiddir. Bursada nələr olacağını görəcəyik. Oyunla bağlı söyləniləcək çox şey yoxdur. Qollar vurduq, amma sonradan yaratdığımız imkanlardan yararlana bilmədik. Nəticədə qapımızda iki top gördük. Özümə gəlincə mən bu axşam da, sabah da gedə bilərəm. Bu, asandır, mənim üçün problem deyil. Lakin mən buraya ciddi iç birliyi üçün gəlmişəm. Bunu anlamağınızı istəyirəm".Qeyd edək ki, Türkiyə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində evdə "Bursaspor"la qarşılaşan "Qalatasaray" rəqibi ilə 2:2 bərabərə qalıb. Cavab görüşü aprelin 16-da Bursada keçiriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !