Maqadan vilayət xəstəxanasında uroloji şöbənin rəhbəri, Rusiya prezidenti Vladimir Putinin müvəkkilləri siyahısına düşən Vladimir Tretyakov iş yerində qətlə yetirilib.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, bu barədə tibb müəssisəsinin saytında bildirilib.
Qatilin şəxsiyyəti hələ müəyyənləşdirilməyib.
"Qatilin güllələnmiş həkimin cəsədi yanında meyiti tapılan kişinin olması ehtimal edilir”, - xəstəxanada Maqadan vilayəti üzrə Rusiya İstintaq Komitəsinin İstintaq idarəsinin əməkdaşı Vadim Luneva istinadən dəqiqləşdiriblər.
LifeNews-un məlumatına əsasən, Tretyakova hücum Moskva vaxtı ilə gecə saat 3-də olub. Naməlum şəxs həkimin kabinetinə daxil olaraq onu güllələyib, daha sonra isə özünü öldürüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !