Maradona: “Pele və Bekkenbauer axmaqdır”

09:57 | 30.06.2014
Maradona: “Pele və Bekkenbauer axmaqdır”

Maradona: “Pele və Bekkenbauer axmaqdır”

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona yenidən qalmaqala səbəb olacaq açıqlama verib.Qol.Az-ın məlumatına görə, İtaliya mətbuatına danışan argentinalı veteran futbolçu Luis Suaresin FİFA tərəfindən 4 aylıq cəzalandırılmasını pisləyib. O, FİFA prezidenti Josef Blatterin əmrlərini yerinə yetirdikləri üçün Pele və Bekkenbaueri axmaq adlandırıb:“Pele və Bekkenbauer axmaqdırlar. Onlar ağılsız sözlər danışırlar və Blatterin əmrlərini yerinə yetirirlər. Gərək Pele ilə Bekkenbauer Luis Suaresin cəzası haqda danışmasınlar. Onlar belə məqamda susmalıdır. Çünki  heç biri təmiz oyunla yadda qalmayıb. Peleyə görə  bir çox futbolçular zədə aıb. Bekkenbauer isə oyun zamanı dirsəyi ilə rəqib futbolçuları öldürə bilərdi”.Qeyd edək ki, Maradona əvvəlki müahibərlərində də FİFA tərəfindən Suaresə verilən cəzanın ədalətsiz olduğunu bildirmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM