Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünə pis tibbi yardım səbəb olub.
Belə bəyanatla argentinalı keçmiş hücumçunun vəkili Matias Morla şahid qismində ifadə verdikdən sonra çıxış edib.
"Tibbi qulluq dəhşətli idi. Bu səbəbdən, Maradona öldü" deyə Morla prokurorla görüşünün ardından jurnalistlərə bildirib.
O qeyd edib ki, ölümündən üç həftə əvvəl əməliyyat olunduğu xəstəxanada mərhum futbolçunun ev şəraitində nəzarətdə saxlanılması məsləhət görülməyib. Lakin qohumları Maradonanı Buenos-Ayres yaxınlığında icarəyə götürülmüş mənzilə yerləşdirməyi qərara alıblar. Həkimlər ona məhz orada qulluq göstəriblər.
Vəkilin fikrincə, bu, axmaqlıqdır: "Həkimlər deyirdilər ki, o, xəstəxanada qalmalıdır. Sonuncu dəfə Dieqonu 2020-ci il noyabrın 16-da görmüşdüm. Səsi qəribə idi, robota oxşayırdı".
Dieqo Maradona ötən il noyabrın 25-də 61 yaşında dünyasını dəyişib. Ölümə səbəb kəskin ürək çatışmazlığı olub. Argentina prokurorluğu Maradonanın həkimlərinin mümkün səhlənkarlığı ilə bağlı araşdırma aparır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !