Göygöl Milli Parkının incilərindən biri olan Maralgöl buz bağlayıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova feysbuk səhifəsində paylaşım edib.
Gölün üzərində 10 sm-dək buz qatı yaranıb.
"Bu təbiət hadisəsi sevindirir, maraq yaradır deyə bilərik. Çox nadir hallarda rastlaşdığımız bu cəlbedici mənzərəni gedib görməyə dəyər!”, - İbrahimova qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !