“Qalatasaray”ın braziliyalı sabiq futbolçusu Mario Jardel klubun yeni transferi Aleks Telyeslə bir araya gəlib. Apasport.az saytının məlumatına görə, Braziliyada həmyerlisi ilə şəkil çəkdirən Jardel onu “İnstagram” sosial şəbəkəsindəki şəxsi hesabından paylaşıb. Aleksə “Qalatasaray”la bağlı gözəl xatirələrindən danışan 40 yaşlı hücumçu ona yeni klubunda uğurlar arzulayıb. Qeyd edək ki, 21 yaşlı müdafiəçi və klubu “Qremio” ilə razılığa gələn “Cim-Bom” onunla yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !