ABŞ-ın bəzi ştatlarında marixuana leqallaşdırılandan sonra, kokaindən istifadə edənlərin sayı ikiqat azalıb.
ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə hesabat Ağ Evin rəsmi saytında öz əksini tapıb.
2006-cı ildən etibarən, yüngül narkotiklərin leqallaşdırılması üçün keçirilən aktiv kampaniyadan sonra, kokaindən istifadə azalmağa başlayıb. Öz növbəsində isə, ABŞ-da marixuanadan istifadə edənlərin sayında 30 faiz artım qeydə alınıb.
Araşdırmaçılar həmçinin müəyyən ediblər ki, 2008-ci ildən etibarən heroin və metamfetamindən istifadə edənlərin sayında da kəskin düşüş var. Bunun nə ilə əlaqədar olduğunu araşdırmaçılar hələlik dəqiq müəyyən edə bilməyiblər.
2010-13-cü illərə aid göstəricilər hələlik açıqlanmayıb, ona görə də, hələlik dəqiq nəticələrdən danışmaq tezdir.
ANN.Az