“Mariya” qasırğası Dominikan baş nazirinin evini uçurdu

12:20 | 19.09.2017
“Mariya” qasırğası Dominikan baş nazirinin evini uçurdu

“Mariya” qasırğası Dominikan baş nazirinin evini uçurdu

Karib dənizində maksimal 5-ci dərəcəyədək güclənən "Mariya” qasırğası  Dominikan Birliyinin baş naziri Ruzvelt Skerritin evini uçurub.

anews.az-ın APA-ya istinadla xəbərinə görə, baş nazir bu barədə özünün "Facebook” səhifəsində yazıb.

"Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır”, -yazan R.Skerrit daha sonra xilas edildiyini bildirib.

Qeyd edək ki, 2015-ci ilin avqustunda "Erika” qasırğası Dominikan adasında ciddi fəsadlar törədib.

Donald Tramp "Mariya” qasırğası ilə əlaqədar Karib dənizindəki ABŞ-a məxsus Vircin adalarında fövqəladə vəziyyət elan edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM