Anews.az "Report"a istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan 2 qat dünya və 7 qat Avropa çempionu qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.
Bu gün həmçinin Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) , Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !