"Mən satılmadım, məni satdılar”.
anews.az champion.com.ua-ya istinadən verir ki, bu barədə sərbəst güləş üzrə Avropa çempionu, əslən Ukraynadan olan Mariya Stadnik ukraynalı jurnalistlərə Azərbaycan yığmasına keçməsindən danışarkən deyib.
"Azərbaycan üçün çıxış etməyə məcbur qaldığım vəziyyətdən xəbərsiz olanlar, hələ də məni satqın adlandırırlar. Mənə satıldığımı deyirlər, bu isə doğru deyil. Əslində məni satıblar. Ukrayna Federasiyası mənim üçün yaxşı pul alıb. Mən satılmadım, məni satdılar. Dəqiq məbləğ yadımda deyil, təxmini demək istəmirəm ki, sonra məni qınamasınlar. Amma o vaxt üçün verilən məbləğ yaxşı pul idi”, - Stadnik deyib.
Xatırladaq ki, Mariya Stadnik Rio de-Jeneyroda Azərbaycan yığmasının tərkibində gümüş medal qazanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !