İmkanlarının geniş olmasına baxmayaraq mark Zukerberq avtomobillə dolu qaraji yoxdur. Facebook yaradıcısı milyonlara sahib olmasına baxmayaraq indiyə qədər sadə insanlardan seçilməyərək Honda Fit və Golf GTİ avtomobili sürüb. Lakin bəzi internet mənbələr görə Mark yeni avtomobil sifariş edib ki, bunu digərlərindən fərqləndirmək elə də çətin deyil. Söhbət 750 at gücünə malik Pagani Huayra avtomobilindən gedir. Bu qeyri-adi nəqliyyat vasitəsi Modene şəhərində kiçik bir müəssisədə hazırlanıb. Müəssisənin rəhbəri Pagani Horacio avtomobilin hazırlanma prosesinə özü şəxsən nəzarət edib. Avtomobilin baza qiyməti 1,056 milyon avro təşkil edir. Lakin bu, yalnız başlanğıcdır. Avtomobilin sonrakı konfiqurasiyasının xərcləri 500 min avro artır. //lent.az
Bizi sosial şəbəkələrdə izləyin !