Mark Zukerberq Obamaya müraciət etdi

10:58 | 14.03.2014
Mark Zukerberq Obamaya müraciət etdi

Mark Zukerberq Obamaya müraciət etdi

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq internetin təhlükəsizliyi ilə bağlı ABŞ prezidenti Barak Obamaya müraciət edib. "Mən ABŞ hökumətinin fəaliyyəti haqqında çoxsaylı mesajlardan  məyus və narahat olmuşam. Bizim mühəndislərimiz təhlükəsizliyin gücləndirilməsi üzərində dayanmadan işlədikdə biz dövlətdən deyil, kibercinayətkarlardan qorunduğumuzu düşünürük" – Zukerberq sosial şəbəkədəki statusunda yazıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Zukerberq qeyd edib ki,  internetin təhlükəsizliyinə təhdid yaradan ABŞ hakimiyyətinin fəaliyyətindən narahatlığını ifadə etmək üçün Obamaya müraciət edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM