"Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq və xanımı Prisil Çan 2013-cü ildə ABŞ-ın ən xeyriyyəçi cütlüyü olublar.
Onlar 970 milyon dollar məbləğində pulu müxtəlif xeyriyyə təşkilatlarına bağışlayıblar.
ABŞ mətbuatının yazdığına görə, bununla gənc cütlük 50 ən səxavətli amerikalı arasında 2013-cü ilin ən xeyirxah insanları olublar. Amerikanın ən xeyriyyəçi 50 nəfərinin müxtəlif xeyiyyə fondlarına bağışladığı pulun miqdarı 7.7 milyard dollardır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !