Mark Zukerberqin "Facebook"un rəhbərliyindən uzaqlaşdırılması tələb edilir

23:00 | 15.04.2019
"Facebook" səhmdarları Mark Zukerberqi şirkətin İdarə heyətinin sədri postundan uzaqlaşdırılmasını tələb edirlər.

BAKU.WS xəbər verir ki, bu tələblə çıxış edən səhmdarlar bunu Markın düzgün vermədiyi qərarlar nəticəsində "Facebook"un 
təxmin edilən xərclərin 40% aşağı düşməsi ilə əlaqələndiriblər.

Səhmdarlar həmçinin ABŞ-da prezident seçkiləri zamanı yaşanan qalmaqalları da xatırladıblar. 

Markın vəzifəsindən kənarlaşdırılması məsələsi mayın 30-da keçiriləcək illik toplantıda səsverməyə çıxarılacaq.

Onun səhmlərin 60%-nə sahib olması onun səsvermədən məğlub çıxması real görünmür.

Qeyd edək ki, Mark Zukerberq 2012-ci ildən İdarə heyətinin sədridir.


www.anews.az
loading...