II Dünya müharibəsində 600 mindən çox vətəndaşı ilə iştirak edən Azərbaycan da faşizm üzərindəki qələbənin 70 illik yubileyinə öz töhfəsini verib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni poçt markası çap etdirib.
ANN.Az-ın "ICTnews” elektron xəbər xidmətinə istinadən verdiyi məlumata görə, növbəti marka Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunub.
Markanın nominal dəyəri 0,2 manat təşkil edir.
Qeyd edək ki, bu müharibədə 300 mindən çox övladını itirən Azərbaycanın da qələbədə böyük payı olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !