Avstraliyada marketlərdə iynəli çiyələk satılır.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, Kvislend əyalətindəki marketlərdə iynəli çiyələklərin satıldığı keçən həftə ortaya çıxıb. Çiyələk alıb yeyənlər mədə ağrısı ilə xəstəxanaya müraciət etməli olublar.
Hadisə Kvislənd əyalətinin ardınca Viktoriya, Qərbi Avstaliya, Tazmaniya əyalətlərinə də yayılıb.
Marketdə çiyələk satışı dayandırılıb. Avstaliyalı rəsmilər çiyələklərə iynə qoyanları 10 ilə qədər həbs cəzası gözlədiyini açıqlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !