• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Marketlərdə satılan lavaş çörəklərlə bağlı RƏSMİ AÇIQLAMA

Marketlərdə satılan lavaş çörəklərlə bağlı RƏSMİ AÇIQLAMA
05.10.2015 12:10
"Qablaşdırılmış lavaşı 12 saatdan artıq saxlamaq olmaz”

"Satışda yararlılıq müddəti 3 gün təyin olunan qablaşdırılmış lavaş satılır ki, bu da qanunun pozulması deməkdir". Bunu "Report"a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

O, bildirib ki, milli çörək məmulatlarından olan lavaş hazırlandıqdan sonra qablaşdırılırsa, belə halda cəmi 12 saat, yəni günün yarısı qədər yararlılıq müddəti var: "Nəm halda lavaşı sellofan torbaya qablaşdırıb, mağazaya buraxmaq və sutkalarla orada saxlamaq qətiyyən olmaz. Lavaş qurudulmuş halda uzun müddət qala bilər. Bir çox rayonlarda onu qış azuqəsi kimi qurudulmuş şəkildə qışa saxlayırlar və qışda nəmləndirib yeyə bilirlər. Nəm halda qablaşdırılanda isə torbada nəmlik 30-40 faiz olur. Bu səbəbdən qablaşdırılımış məhsul 10-12 saatdan çox qalmır. Bu vaxt ərzində də məhsul ancaq sərin yerdə saxlanmalıdır".

İ.Abdullayev bildirib ki, isti havalarda uzun müddət saxlanılan məhsulun kif atması qaçılmazdır. Onun sözlərinə görə, müştərilər satıcılardan bu cür çörəkləri qaytarmalarını tələb edə bilərlər: "12 saatın tamamında mağazalar bu cür çörəkləri satışdan yığışdırmalıdırlar".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol