Markov: Ermənistan işğal olunmuş 7 rayonu azad etməlidir

11:30 | 03.07.2015
Markov: Ermənistan işğal olunmuş 7 rayonu azad etməlidir

Markov: Ermənistan işğal olunmuş 7 rayonu azad etməlidir

Hesab edirəm ki, hər iki tərəf kompromisə getməlidir. Variantlardan biri ondan ibarətdir ki, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi təxirə salınsın. Bunun üçün isə hazırkı mərhələdə Ermənistan işğalda olan 7 rayonu Azərbaycanın nəzarətinə verir.

Oxu.Az xəbər verir ki, bu barədə "AzərRos” portalına müsahibəsində Rusiyanın Siyasi araşdırmalar institutunun direktoru Sergey Markov bildirib.

Politoloqun sözlərinə görə, bunun qarşılığında Azərbaycan və Türkiyə tərəfdən Ermənistanın blokadası götürülür.

"Bu kompromis Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üzrə siyasi danışıqlarda etibar mühiti üçün əsas yaradardı”, - deyə, Markov bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti