Marneuli İH başçılığına azərbaycanlı namizəd

09:25 | 23.05.2014
Marneuli İH başçılığına azərbaycanlı namizəd

Marneuli İH başçılığına azərbaycanlı namizəd

Gürcüstanın “Vahid milli hərəkat” partiyasının rəhbərliyi ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilərlə əlaqədar Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda azərbaycanlılarla görüş keçirib.Görüşdə partiyanın liderlərindən - Gürcüstan parlamentinin sabiq sədri David Bakradze və Tbilisi şəhərinin sabiq meri Qiqi Uqulava iştirak ediblər. Onlar seçkilərdə Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə azərbaycanlı Əhməd İmanquliyevin namizədliyini irəli sürüblər.Ə.İmanquliyevin rayonun problemlərini yaxşı bildiyini vurğulayan D.Bakradze bildirib ki, o bu vəzifəyə seçildiyi halda həmin problemlərin yoluna qoyulması istiqamətində təsirli tədbirlər görüləcəkdir.Ə.İmanquliyev rayonda suvarma və içməli su probleminin, kəndarası və mərkəzi yolların əsaslı təmirə ehtiyacı olduğunu qeyd edib. seçicilərin onun namizədliyini dəstəklədikləri təqdirdə rayonun sosial-iqtisadi inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini bildirib.//AzərTAc
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM