"Gürcüstan prezidenti Georgi Marqvelaşvili 226 məhbusun əfv edilməsi barədə fərman imzalayıb. Onların sırasında azərbaycanlılar da var".
Anews.az-ın məlumatına görə, bunu Report-un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze deyib.
Z.Koridze bildirib ki, komissiya sentyabrın 27-dən oktyabrın 4-dək ümumilikdə 1406 məhbusun müraciətinə baxıb: "Onlardan 226-nın əfv olunması barədə Gürcüstan prezidentinə müraciət olunub. Əfv olunanlar arasında qadınlar və azyaşlılar da var”.
Komissiya sədrinin sözlərinə görə, əfv olunanlardan 141-i həbsxanadan bu gün buraxılacaq, 85 nəfərin isə cəzası yüngülləşdirilib: "Gürcüstan prezidenti zaman-zaman məhbusların əfv olunması barədə fərmanlar imzalayıb. Əfv olunanlar arasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da olub. Yeni əfv olunanlar arasında da azərbaycanlılar var”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !