Martda Azərbaycanda inflyasiya 0,4% təşkil edib

12:40 | 09.04.2024
Martda Azərbaycanda inflyasiya 0,4% təşkil edib

Martda Azərbaycanda inflyasiya 0,4% təşkil edib

Martda inflyasiya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,4% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında qeyd olunub. 
 
"2024-cü ilin martında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,7 faiz təşkil edib", - məlumatda deyilir. 
 
2023-cü ildə Azərbaycanda inflyasiya (12 aylıq) 2,1% təşkil edib.
 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

Dünya Bankının hesabatına görə, 2023-cü ildə ÜDM-in illik artım faizi Azərbaycanda 1,5%, Ermənistanda 7,1% , Gürcüstanda isə 6,5% olub.
 
Eyni zamanda hesabatda, 2025-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin 2,5%, Ermənistan və Gürcüstanda 4,5% olacağı  proqnozlaşdırılır.

Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
Gülnar Nazimqızı 

 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb