Martda dəmir yolu ilə həyata keçirilən səfərlərin sayı açıqlanıb

13:25 | 08.04.2024
Martda dəmir yolu ilə həyata keçirilən səfərlərin sayı açıqlanıb

Martda dəmir yolu ilə həyata keçirilən səfərlərin sayı açıqlanıb

2024-cü ilin martında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 619 min 492 səfər həyata keçirilib. Bu barədə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilir ki, səfərlərin 584 min 696-sı Abşeron dairəvi, 30 min 454-ü Bakı-Ağstafa-Bakı və 4 min 342-si Bakı-Qəbələ-Bakı marşrutu üzrə reallaşdırılıb.
 
"Azərbaycan Dəmir Yolları” QSC 2022-ci illə müqayisədə 2023-cü ildə sərnişin daşınmasını 38,4% artıraraq rekord 7,1 milyon nəfərə kimi çatdırıb.


2022-ci ilin yekunları üzrə ADY ilə 18,7 milyon ton yük daşınıb.

2023-cü ilin yanvar-martında ADY tərəfindən 4,4 milyon ton yük daşınıb.

Prezidentin sərəncamı ilə ADY 20 iyul 2009-cu il tarixində yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb